Azərbaycanca - Sorah Al-Humazah ( The Slanderer ) - Noble Quran

Noble Quran » Azərbaycanca » Sorah Al-Humazah ( The Slanderer )

Choose the reader


Azərbaycanca

Sorah Al-Humazah ( The Slanderer ) - Verses Number 9
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ ( 1 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 1
(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ ( 2 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 2
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ ( 3 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 3
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ ( 4 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 4
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ ( 5 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 5
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
نَارُ اللَّهِ الْمُوقَدَةُ ( 6 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 6
O, Allahın yanar odudur.
الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ ( 7 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 7
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ ( 8 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 8
O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
فِي عَمَدٍ مُّمَدَّدَةٍ ( 9 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 9
Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!

Random Books

  • Səbr Etməyin QaydasıUca Allah öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur: "Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir." (ən-Nəhl,127)

    Reveiwers : Ramil Həsən

    Translators : Muxtar Əli

    Source : http://www.islamhouse.com/p/328731

    Download :Səbr Etməyin Qaydası

  • İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)Nə qədər ağıllı, elmli və müdrik olur olsun, hər bir insan öz Rəbbinə, onu yaradana istənilən an möhtacdır və əbədi olan bu yeganə varlıq hər bir göz qırpımında belə mütləq ona lazımdır.

    Source : http://www.islamhouse.com/p/328718

    Download :İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)

  • Namazda Mütiliyə Aparan 33 AmilHər şeyi unudaraq ruhən və cismən Allaha müti olmaq dinin qanuni tələblərindən biri hesab olunur. Bu kitabda namazda müti olmağın əsaslarından bəhs edilir.

    Source : http://www.islamhouse.com/p/328760

    Download :Namazda Mütiliyə Aparan 33 Amil

  • SÜNNƏNİN ƏSASLARIİmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.

    Source : http://www.islamhouse.com/p/328714

    Download :SÜNNƏNİN ƏSASLARISÜNNƏNİN ƏSASLARI

  • İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinməBu kitabda İslam əxlaqı və əqidəsinin ən mühüm məsələlərindən olan insanların çoxunun əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə haqqında geniş məlumat yer almaqdadır. Hər bir müsəlman Allah və rəsulunun haram buyurduğu əməllərdən çəkinməlidir. Bu kitabı tərcümə edərək oxucularımıza təqdim edəm Fərahim qardaşımızdan Allah razı olsun.

    Source : http://www.islamhouse.com/p/328767

    Download :İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə