Azərbaycanca - Sorah Al-Humazah ( The Slanderer ) - Noble Quran

Noble Quran » Azərbaycanca » Sorah Al-Humazah ( The Slanderer )

Choose the reader


Azərbaycanca

Sorah Al-Humazah ( The Slanderer ) - Verses Number 9
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ ( 1 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 1
(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ ( 2 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 2
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ ( 3 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 3
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ ( 4 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 4
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ ( 5 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 5
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
نَارُ اللَّهِ الْمُوقَدَةُ ( 6 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 6
O, Allahın yanar odudur.
الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ ( 7 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 7
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ ( 8 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 8
O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
فِي عَمَدٍ مُّمَدَّدَةٍ ( 9 ) Al-Humazah ( The Slanderer ) - Ayaa 9
Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!

Random Books

  • Vasitiyyə əqidəsiMüsəlman bacı və qardaşlarım! Hər bir müsəlmana Allahın adları və sifətləri barəsində düzgün etiqad sahibi olması olduqca zəruridir. Çünku burada Allahın gözəl adları və sifətlərindən söz gedir. Elə müsəlmanlar var ki, bu mövzuda batil etiqadlara uyaraq Allah barəsində pis zənnə qapılırlar. Sizə təqdim edilən "Vasitiyyə Əqidəsi" bu mövzuda yazılıan ən mühim əsərlərdən birisidir. Hamıya bu kitabı oxumağı tövsiyə edirəm. İlahiyyatçı: Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/328823

    Download :Vasitiyyə əqidəsi

  • Ailə Tərbiyəsinə Dair 40 NəsihətDəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.

    Source : http://www.islamhouse.com/p/328765

    Download :Ailə Tərbiyəsinə Dair 40 Nəsihət

  • İslamın Gözəllikləri-

    Source : http://www.islamhouse.com/p/265460

    Download :İslamın Gözəllikləri

  • SÜNNƏNİN ƏSASLARIİmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.

    Source : http://www.islamhouse.com/p/328714

    Download :SÜNNƏNİN ƏSASLARISÜNNƏNİN ƏSASLARI

  • Şəfa Duaları və OvsunlarKitabçada Allahın nazil etdiyi, peyğəmbərlərin dilədiyi , həmçinin Məhəmməd peyğəmbərin etdiyi dua və zikrlər verilmişdir.

    Source : http://www.islamhouse.com/p/328860

    Download :Şəfa Duaları və Ovsunlar