Noble Quran » Azərbaycanca » Sorah At-Takathur ( The piling Up )
Choose the reader
Azərbaycanca
Sorah At-Takathur ( The piling Up ) - Verses Number 8
أَلْهَاكُمُ التَّكَاثُرُ ( 1 )
(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ ( 2 )
Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
كَلَّا سَوْفَ تَعْلَمُونَ ( 3 )
Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ( 4 )
Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ ( 5 )
Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
Random Books
- Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.
Formation : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/329743
- Ailə Tərbiyəsinə Dair 40 NəsihətDəyərli bacı və qardaşlarım! Bu kitabda müsəlmanı ailəsinin düzgün tərbiyələndirilməsinə sövq edən amillərdən söz açılır. Allah və onun rəsulunun buyurduğu üzərinə kim ailəsini tərbiyə etmək istəyirsə bu kitabda yazılanlara əməl etsin.
Source : http://www.islamhouse.com/p/328765
- SÜNNƏNİN ƏSASLARIİmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.
Source : http://www.islamhouse.com/p/328714
- İmam Nəvavinin 40 hədis kitabıİmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.
Source : http://www.islamhouse.com/p/328705
- Səbr Etməyin QaydasıUca Allah öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur: "Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir." (ən-Nəhl,127)
Reveiwers : Ramil Həsən
Translators : Muxtar Əli
Source : http://www.islamhouse.com/p/328731












