Noble Quran » Azərbaycanca » Books » TƏMİZLƏNMƏ VƏ TƏRBİYƏ
TƏMİZLƏNMƏ VƏ TƏRBİYƏ
“Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə öz əsasında, otuz il bundan öncə (1390 il) Amman şəhərinin (İordaniya) şəriət elmləri institutunda, böyük alim-muhəddis şeyx Muhəmməd Nasıruddin əl-Albaninin, Allah ona rəhmət etsin, oxuduğu muhazirədir. Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib olan yolu açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – “təmizlənmə” və “tərbiyə”. Şeyx öz həyatını məhz islam əqidəsinin, ona əsrlər boyu daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən, xurafatlardan və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O rəvayətlərin səhih, zəif və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan rəvayətləri ayırmışdır. Həmçinin o fikh elmini də nəzərdən keçirmiş və Quran və Sünnəyə müxalif olan fikxi rəyləri və bidətləri təmizləmişdir. Bundan sonra şeyx tərbiyəyə keçmişdir. Əvvəl özünü, sonra ətrafını və bundan sonra da bu haqq yoluna dəvət edərək bütün insanları tərbiyələndirməyə başlamışdır. Onun dəvətinə dünyanın hər tərəfindən ümmətin ən xeyrli insanları olan alim və tələbələr dəstək vermişdir. Bundan sonra bütün dünyada elm əsasında dinin dirçəlməsi başlamışdır. Ümumi xeyr üçün Ammandaki “Əl-Maktaba əl-İslamiyya” nəşriyyatı bu risaləni yaymaq qərarına gəlmişdir. Bu risalə şeyxin elm xəzinələrindəndir və dünyanın hər bir yerində yaşayan müsəlmanlar üçün böyük bir faydadır. Biz ümid edirik ki bu risaləyə görə şeyx ölümündən sonra Allah tərəfindən və Allahın izni ilə mükafatlandıralacaqdır.Source : http://www.islamhouse.com/p/329670
Random Books
- Ölüm-
Formation : Ramil Soltanov
Source : http://www.islamhouse.com/p/307765
- Namazın İslamda yeri-
Formation : Ramil Soltanov
Source : http://www.islamhouse.com/p/307767
- İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinməBu kitabda İslam əxlaqı və əqidəsinin ən mühüm məsələlərindən olan insanların çoxunun əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmə haqqında geniş məlumat yer almaqdadır. Hər bir müsəlman Allah və rəsulunun haram buyurduğu əməllərdən çəkinməlidir. Bu kitabı tərcümə edərək oxucularımıza təqdim edəm Fərahim qardaşımızdan Allah razı olsun.
Source : http://www.islamhouse.com/p/328767
- İmam Nəvavinin 40 hədis kitabıİmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.
Source : http://www.islamhouse.com/p/328705
- Quranı Necə Anlamalı(Təfsirin Növləri və Bəzi Ayələrin Şərhi)Bu dəyərli kitabda Quranı anlamağın yollarından söz açılır. Mövzusuna görə Azərbaycanda nəşr edilən ilk kitabdır. Qurani Kərimi anlamaq istəyən hər bir müsəlman qardaş və bacılarımıza bu kitabı oxumağı tövsiyə edirik. İbn Abbas (r) buyurmuşdur: Quranı öyrənib əməl edən insanın dünyada haqq yolundan azmaması və axirətdədə ziyana uğramamasına Uca Allah zəmanət vermişdir. Bu kitabı Azərbaycan dilinə tərcumə edən Fərahim qardaşımızdan Allah razı olsun və bu xeyr əməlini onun axirət dəftərinə yazsın. Amin
Source : http://www.islamhouse.com/p/328708