Azərbaycanca - Sorah Al-Qamar ( The Moon )

Noble Quran » Azərbaycanca » Sorah Al-Qamar ( The Moon )

Choose the reader


Azərbaycanca

Sorah Al-Qamar ( The Moon ) - Verses Number 55
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ ( 1 ) Al-Qamar ( The Moon ) - Ayaa 1
O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ ( 2 ) Al-Qamar ( The Moon ) - Ayaa 2
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ ( 3 ) Al-Qamar ( The Moon ) - Ayaa 3
Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ ( 4 ) Al-Qamar ( The Moon ) - Ayaa 4
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ ( 5 ) Al-Qamar ( The Moon ) - Ayaa 5
(Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُّكُرٍ ( 6 ) Al-Qamar ( The Moon ) - Ayaa 6
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ ( 7 ) Al-Qamar ( The Moon ) - Ayaa 7
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
مُّهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ ( 8 ) Al-Qamar ( The Moon ) - Ayaa 8
Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ ( 9 ) Al-Qamar ( The Moon ) - Ayaa 9
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْ ( 10 ) Al-Qamar ( The Moon ) - Ayaa 10
(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍ ( 11 ) Al-Qamar ( The Moon ) - Ayaa 11
Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ ( 12 ) Al-Qamar ( The Moon ) - Ayaa 12
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ ( 13 ) Al-Qamar ( The Moon ) - Ayaa 13
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَ ( 14 ) Al-Qamar ( The Moon ) - Ayaa 14
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.
وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍ ( 15 ) Al-Qamar ( The Moon ) - Ayaa 15
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ( 16 ) Al-Qamar ( The Moon ) - Ayaa 16
Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ( 17 ) Al-Qamar ( The Moon ) - Ayaa 17
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ( 18 ) Al-Qamar ( The Moon ) - Ayaa 18
Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ ( 19 ) Al-Qamar ( The Moon ) - Ayaa 19
Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.
تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ ( 20 ) Al-Qamar ( The Moon ) - Ayaa 20
O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ( 21 ) Al-Qamar ( The Moon ) - Ayaa 21
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ( 22 ) Al-Qamar ( The Moon ) - Ayaa 22
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ ( 23 ) Al-Qamar ( The Moon ) - Ayaa 23
Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
فَقَالُوا أَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهُ إِنَّا إِذًا لَّفِي ضَلَالٍ وَسُعُرٍ ( 24 ) Al-Qamar ( The Moon ) - Ayaa 24
Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِن بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ ( 25 ) Al-Qamar ( The Moon ) - Ayaa 25
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”
سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ ( 26 ) Al-Qamar ( The Moon ) - Ayaa 26
(Biz Saleh peyğəmbərə təsəlli verib dedik:) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ ( 27 ) Al-Qamar ( The Moon ) - Ayaa 27
Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ ( 28 ) Al-Qamar ( The Moon ) - Ayaa 28
Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!”
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ ( 29 ) Al-Qamar ( The Moon ) - Ayaa 29
Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ( 30 ) Al-Qamar ( The Moon ) - Ayaa 30
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ ( 31 ) Al-Qamar ( The Moon ) - Ayaa 31
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ( 32 ) Al-Qamar ( The Moon ) - Ayaa 32
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ ( 33 ) Al-Qamar ( The Moon ) - Ayaa 33
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَّجَّيْنَاهُم بِسَحَرٍ ( 34 ) Al-Qamar ( The Moon ) - Ayaa 34
Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَن شَكَرَ ( 35 ) Al-Qamar ( The Moon ) - Ayaa 35
Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə mükafatlandırırıq!
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ ( 36 ) Al-Qamar ( The Moon ) - Ayaa 36
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
وَلَقَدْ رَاوَدُوهُ عَن ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ ( 37 ) Al-Qamar ( The Moon ) - Ayaa 37
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik).
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ ( 38 ) Al-Qamar ( The Moon ) - Ayaa 38
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
فَذُوقُوا عَذَابِي وَنُذُرِ ( 39 ) Al-Qamar ( The Moon ) - Ayaa 39
(Onlara:) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ( 40 ) Al-Qamar ( The Moon ) - Ayaa 40
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ ( 41 ) Al-Qamar ( The Moon ) - Ayaa 41
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə də gəlib çatmışdı.
كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ ( 42 ) Al-Qamar ( The Moon ) - Ayaa 42
Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُولَٰئِكُمْ أَمْ لَكُم بَرَاءَةٌ فِي الزُّبُرِ ( 43 ) Al-Qamar ( The Moon ) - Ayaa 43
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ ( 44 ) Al-Qamar ( The Moon ) - Ayaa 44
Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ ( 45 ) Al-Qamar ( The Moon ) - Ayaa 45
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ ( 46 ) Al-Qamar ( The Moon ) - Ayaa 46
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ ( 47 ) Al-Qamar ( The Moon ) - Ayaa 47
Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).
يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ ( 48 ) Al-Qamar ( The Moon ) - Ayaa 48
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ ( 49 ) Al-Qamar ( The Moon ) - Ayaa 49
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ ( 50 ) Al-Qamar ( The Moon ) - Ayaa 50
Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol!” – deyərik, o da dərhal olar!)
وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ ( 51 ) Al-Qamar ( The Moon ) - Ayaa 51
And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ ( 52 ) Al-Qamar ( The Moon ) - Ayaa 52
Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ ( 53 ) Al-Qamar ( The Moon ) - Ayaa 53
Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ ( 54 ) Al-Qamar ( The Moon ) - Ayaa 54
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ ( 55 ) Al-Qamar ( The Moon ) - Ayaa 55
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!

Random Books

  • Müsəlmanın qalasıQur’an və Peyğəmbərimizin şəriətində müsəlmanların sığınacağı DUA VƏ ZIKRLƏR Bu mənim «Zikr, dua və Qurandan və Sünnədən istifadə etməklə ovsunla müalicə» adlı kitabı¬mın müxtəsəridir. Həmin kitabın «Zikrlər» his¬səsi ilə kifayətlənməyib qalanını ixtisar etdim ki, səfər zamanı özü ilə gəzdirmək asan olsun. Səid ibn Əli ibn Vəhf əl-Qahtani

    Source : http://www.islamhouse.com/p/43365

    Download :Müsəlmanın qalasıMüsəlmanın qalası

  • Sanki Onu Görürmüşsən Kimi Peyğəmbərin Namazı təkbirdən təslimədəkPeyğəmbərimiz (sav) buyurmuşdur: "Mənim necə namaz qıldığımı gördünüzmü, o cür də namaz qılın" Bu kitabda peyğəmbərimiz (sav)-ın namazı necə qıldığı səhih hədsilərlə açıqlanmışdır.

    Source : http://www.islamhouse.com/p/328763

    Download :Sanki Onu Görürmüşsən Kimi Peyğəmbərin Namazı təkbirdən təslimədək

  • İmam Nəvavinin 40 hədis kitabıİmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.

    Source : http://www.islamhouse.com/p/328705

    Download :İmam Nəvavinin 40 hədis kitabı

  • əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsiəl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi

    From issues : Məlik Fəhd adınaQuran çapı mərkəzi

    Source : http://www.islamhouse.com/p/15

    Download :əl-Fatihə surəsi və cüz Əmmənin Azərbaycan dilinə tərcüməsi

  • Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən ÖncədirHörmətli müsəlman qardaşım! Bu risalə, əsrimizin dahi alimi, yüzlərlə elmi fitvanın və möhtəşəm əsərlərin müəllifi, on minlərlə hədisin üzərində misilsiz elmi tədqiqatlar aparmış hədis mütəxəssisi, sünnəyə sarılmağı ilə zəmanəsinin sələfinə sarsılmaz arxa olmuş hörmətli şeyx Məhəmməd Nasiruddin Əl-Əlbaninin (Allah onun qəbrini nurla doldursun) İslam ümmətinə verdiyi dəyərli nəsihətlərdən bəhs edir. Kitabda Hər bir müsəlmanın bilməsi vacib olan önəmli məsələlərdən söz açılır

    Source : http://www.islamhouse.com/p/328821

    Download :Ey İslam Təbliğatçıları, Tövhid Hər Şeydən Öncədir

Choose language

Choose Sorah

Random Books

Choose tafseer

Participate

Bookmark and Share