Noble Quran » Azərbaycanca » Sorah Al-Qadr ( The Night of Decree )
Choose the reader
Azərbaycanca
Sorah Al-Qadr ( The Night of Decree ) - Verses Number 5
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ( 1 )
Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ( 2 )
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ( 3 )
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ( 4 )
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ ( 5 )
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
Random Books
- Qurani kərimin son üç cüzünün təfsiri-
Source : http://www.islamhouse.com/p/384048
- Əhli Beytin fəzilət"Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" (əl-Əhzab, 33)
Formation : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/329745
- Səbr Etməyin QaydasıUca Allah öz peyğəmbərinə səbrli olmağı əmr etmiş və buyurmuşdur: "Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir." (ən-Nəhl,127)
Reveiwers : Ramil Həsən
Translators : Muxtar Əli
Source : http://www.islamhouse.com/p/328731
- Allahın Dinində Möhkəm və Sabitqədəm Olmağın YollarıŞübhəsiz ki, Allahın dinində möhkəm və sabitqədəm olmaq , əzm və rəşadətlə doğru getmək istəyən hər bir müsəlmanın əsas məqsədi olmalıdır. Əsasəndə fitnə -fəsadların çoxaldığı bir dövrdə buna daha çox önəm verilməlidir. Hər bir müsəlman qardaş və bacımızın bu kitabcanı oxuyub, əməl etməsi çox zəruridir. Uca Allah bütün müsəlmanalrı qorusun Amin.
Source : http://www.islamhouse.com/p/328819
- Tahavi Əqidəsinin Asanlaşdırılmış ŞərhiTanınmış Hənəfi alimlərindən olmuş Əbu CəfərTahavinin bu dəyərli kitabını szin istifadəniz üçün təqdim edirik. Kitabda Allahın adları və sifətləri, iman, axirət və sairə mühim məsələlərdən söz açılır.
Source : http://www.islamhouse.com/p/328697












